Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Lövhədə yazılmış sözləri cədvəl üzrə yazın və fərqini müəyyən edin. II qrup. Verilmiş mətndən elə sözlər seçin ki, bir səsdən ibarət hecası olsun. Onların sətirdən-sətrə keçirilmə qaydalarını müəyyənləşdirin. III qrup. “Üçüncülər”, “ağacların”, “uşaqlarda” sözlərini sətirdən-sətrə necə keçirərdiniz? IV qrup. “Odunçu”, “müəllim” və “direktor” sözlərində neçə heca var və bu sözlər sətirdən- sətrə neçə cür keçirilə bilər? Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliyin 23-cü səhifəsindəki sözün sətirdən-sətrə keçirilməsi ilə bağlı olan nəzəri
hissə mənimsədilir. Dərslikdəki 7-9-cu tapşırıqlar yerinə yetirilir.
Nəticə: Bir saitdən ibarət hecaları nə sətrin sonunda saxlamaq, nə də yeni sətrə keçirmək
olmaz.