Tətbiqetmə. İş dəftəri, səh.10. “Azərbaycan deyirəm” şeiri mavi boşluqların yerinə 1-ci
tapşırıqda verilən müvafiq misralar əlavə edilməklə oxunur və 2-6-cı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı. – “Vətən” mövzusunda bayatı tapıb dəftərinizə köçürün. Qiymətləndirmə. Təqdimata əsasən aparılır.
Dərs 6. RƏNGLƏRİN ANASI (4 saat)
Motivasiya. Suallar: – Təbiətdə ən çox rast gəldiyiniz rəng hansıdır? – Özünüzə paltar seçəndə hansı rənglərə üstünlük verirsiniz? Nə üçün? Tədqiqat sualı: – Hansı rəng daha gözəldir? Tədqiqatın aparılması. Dərsliklə iş. Mətn hissə-hissə oxunub təhlil olunur. Dərsliyin 22-ci səhifəsindəki 1-4-cü tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Mətnin məzmununa uyğun gəlməyən cümlə seçilir. (“B” variantı)
Məzmun standartı Təlim məqsədi 2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Kontekstdən çıxış edərək mətndə rast
gəldiyi yeni sözlərin mənasını izah edir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Öyrəndiyi yeni sözləri cümlədə işlədir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Düzgün səs tonu seçməklə mətni ifadəli
oxuyur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
3.1.1. Yazısında sadə hüsnxət norma
-
larına riayət edir.
“B” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
Sözdəki saitlərə görə hecaları müəyyən
edir və sözü sətirdən-sətrə düzgün keçirir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərq lə nən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
Dərslərin planlaşdırılması