Nəticə: Qara torpaq həyatverici qüvvədir.
Tətbiqetmə. İş dəftərinin 11-12-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə y e t i ri -
lir.
DİL QAYDALARI Motivasiya. Heca ilə bağlı biliklər təkrarlanır, suallar verilir.
– Heca hansı səslərin hesabına yaranır? – Hər hecada neçə sait səs ola bilər? Dərsliyin 22-23-cü səhifələrindəki 5 və 6-cı tapşırıqlar yerinə yetirilir.
Lövhədə bir neçə söz yazılır: uşaq, ata, ana, ağac, alma, təbii, paltar, ailə, maneə. Tapşırıq: Bu sözlər arasından elələrini seçin ki, onların birinci və ya sonuncu hecası yalnız bir səsdən ibarət olsun. Tədqiqat sualı: – Sözü hecalara bölməklə sətirdən-sətrə keçirmək arasında fərq varmı?