Şagirdlərin fikirləri dinlənilir.
Mətn şagirdlər tərəfindən abzaslarla oxunur.
– Nə üçün hər xalqın əlifbası fərqlidir?
– Avqustun 1-i hansı bayram qeyd olunur?
Əlifba sırası ardıcıllıqla soruşulur.
Köməkçi sual: –
Əlifba nədir?
Müəllim yazı taxtasına “əlifba” sözü yazır. Bu sözlə bağlı hərə öz fikrini söyləyir:
hərflər,
ardıcıllıq, saitlər, samitlər, hecalar, sözlər, cümlələr və s.
Müəllim
deyilənlərdən hərflər və
ardıcıllıq sözlərini seçərək aşağıdakı ideyanı formalaş dırır:
Əlifba – hərflərin müəyyən sıra ilə düzülüşüdür.
Sual: – Əlifba haqqında nə bilirik?
Cavablar bütün siniflə müzakirə şəklində tapılır:
l
Əlifbada 32 hərf var.
l
Hər hərfin əlifba cədvəlində öz yeri var.
l
Əlifbada hərflər müəyyən sıra ilə düzülmüşdür.
l
Əlifbanın ilk hərfi “a”, son hərfi “z”-dir.
l
Sözlər hərflərin birləşməsindən alınır.
Tədqiqat sualı:
–
Əlifba sırası ilə bağlı bilik harada tətbiq olunur?
Dostları ilə paylaş: