Motivasiya. Lövhədən plakat asılır:
Müəllim: – Gördüyünüz hərflərdən hansıları Azərbaycan əlifbasında var? Həmin hərfləri dairəyə alın. Qalan hərflər barədə nə deyə bilərsiniz? Onlardan hansıları sizə tanışdır? Həmin hərflər hansı səsləri ifadə edir? Rus dili tədris olunan siniflərdə şagirdlər bu hərflərin rus hərfləri olduğunu deyəcəklər.
Sinifdə hansı xarici dilin keçilməsindən asılı olaraq Venn diaqramı vasitəsilə Azərbaycan
və digər xarici dil hərflərinin eyni və fərqli olanları qeyd olunur. Məsələn:
Müəllim: – Sizcə, əvvəlcə hərf, yoxsa səs yaranmışdır?