Dinləmə mətni. NOVRUZ BAYRAMI VƏ ÇƏRŞƏNBƏLƏR Novruz bayramı yazda gecə ilə gündüzün bərabər olduğu günə düşür. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox tən - tənəli, həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikin ci günləri Su, Od, Yel və Torpaq çərşənbəsi günləri kimi qeyd olu nur. Xalq inancına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir. Su çərşənbəsi hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, su üstündən atlanır. İkinci çərşənbə – Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu axşam tonqal qalayıb alovun üstündən tullanmaqla bütün azar-bezarlarını yandırırlar. Üçüncü çərşənbə – Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Çərşənbələrin axırıncısı Torpaq çərşənbəsidir. Həmin gün bütün evlərdə bayram süfrəsi açılır, cürbəcür yeməklər, əsasən, aş, paxlava, şəkərbura, şəkərçörəyi, şor qo - ğalı, badambura və s. bişirilir. Bayram xonçasının ortasında səməni, ətrafında hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Bayram həm də qədim oyunlarla zəngindir. Xalq yaradıcılığı janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Bunlardan “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kosa-kosa” – meydan oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar. Dinləmə mətni 4 hissəyə bölünüb qruplara da verilə, “Ziqzaq” üsulu ilə oxutdurula bilər.
Suallar: – Novruza qədərki çərşənbələrin adlarını deyin. – Bayram xonçasına hansı nemətlər düzülür? – Novruz bayramında hansı xalq oyunları oynanılır? Yazı. Şagirdlər bayram münasibətilə açıqca hazırlayırlar.
Siniflə birlikdə lövhədə Novruz bayramı ilə əlaqədar təbrik mətni tərtib olunur.
Şagirdlərin nəzərinə aşağıdakı qaydalar çatdırılır:
– mətni tərtib edərkən bayramın adı düzgün yazılmalıdır (bayram adları böyük hərflə
yazılır);
– təbrik mətni səmimi olmalı, xoş sözlərlə müşayiət olunmalıdır;
Dərslərin planlaşdırılması