DİL QAYDALARI Motivasiya. Sual: – Hər hansı bir sözün düzgün yazılışını və ya mənasını bilmədikdə nə etmək lazımdır? Tapşırıq 4. Mətndə “kitab” sözünün yazılışındakı səhv müəyyən edilir, bu sözün tələffüz
qaydalarına uyğun yazıldığı bildirilir.
Tədqiqat sualı: – Lüğətdə on minlərlə söz olur. Bəs sizə lazım olan sözü bu qədər sözün arasından necə tapmaq olar? Tədqiqatın aparılması. Qruplarla iş. Qruplara lüğətlər paylanır, müəyyən sözlərin
düzgün yazılışını və ya mənasını tapmaq tələb olunur. Lövhədən şəkillər asılır.
Sual: – Şəkildəki sözlərin mənasını bilirsinizmi? Həmin sözləri lüğətdə tapıb izahını oxuyun.