Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərslikdən nəzəri hissə oxunur. 5-8-ci tapşırıqlar yerinə yetirilir.
İş dəftərinin 17 səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Lüğətdən istifadə etmək üçün hərflərin əlifba sırasını yaxşı bilmək lazımdır.
Tətbiqetmə. Dil qaydaları. İmla mətni:
Yazı. Hüsnxət. “C” hərfi. İş dəftəri, səh. 18.
Ev tapşırığı: – Otağınızdakı əşyaların adını əlifba sırası ilə yazın. Qiymətləndirmə. Təqdimata əsasən aparılır.
Dərs 9. QƏDİM XALÇA (2 saat)
ŞEH DAMLASI (32 söz)
Lalənin yarpağına şeh düşmüşdü. Balaca mirvariyə oxşayırdı. Çiçək onu
günəşə göstərib lovğalandı ki, gör nə gözəl bəzənmişəm. Şeh bir anda yox oldu.
Lalə onun hara uçduğunu bilmədi, qanı qaraldı. Günəş isə gülümsünürdü.