Motivasiya.
Suallar: –
Evinizdə hansı qədim əşyalar var? (qab, xalça, fotoalbom, rəsm
əsəri, mebel)
Bu əşyaların tarixi haqqında nə bilirsiniz? Sizcə, qədim əşyaları saxlamaq nəyə
lazımdır?
Dərsliyin 27-ci səhifəsindəki mətn oxunub təhlil olunur.
Şagirdlərə istiqamətləndirici suallar verilir:
– Nənəsi Gülərə nə münasibətlə xalça bağışladı?
– Nənə nə üçün Gülərə xalçanın tarixçəsini danışdı?
– Hanadakı əlvan rəngli iplərin boyaları nədən hazırlanmışdı?
– Xurşidbanu Natəvanla qədim xalçanın hansı əlaqəsi var?
– “Rənglərin anası” mətni ilə “Qədim xalça” mətni arasında hansı oxşar və fərqli cəhətlər
var? (Bu sual ətrafında geniş müzakirə də aparıla bilər.)
Dinləmə mətni.
Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvan Şuşa şəhərində anadan
olmuşdur. O, Qarabağ hakimi Mehdiqulu xan Cavanşirin qızı idi. Buna görə də
hamı onu “Xan qızı” deyə çağırırdı. Xurşidbanu tanınmış alim və sənətkarlardan
dərs almışdı. O, doğma dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrən -
mişdi. Xan qızı mütaliə etməyi çox sevir, Azərbaycan və Şərq şairlərinin əsərlərini
həvəslə oxuyurdu.
Natəvanın özü də gənc yaşlarından şeir yazmağa başlamışdı. Onun əsərləri
arasında doğma Qarabağın füsunkar təbiətinə həsr edilmiş şeirlər xüsusi yer
tutur. Natəvan həm də istedadlı rəssam idi.
Vətənini, xalqını böyük məhəbbətlə sevən Xurşidbanu Natəvan fəal ictimai
xadim, xeyriyyəçi olmuş, kasıblara, imkansızlara əl tutmuşdur. Onun Şuşaya
çəkdirdiyi su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur.
Mətndə
işlənmiş hana sözü izah olunur.
Sual: –
Dinlədiyiniz mətndə Natəvanla bağlı hansı yeni məlumatlar eşitdiniz? Bu
şairimizlə bağlı daha nəyi bilmək istərdiniz?
Müəllim Qarabağın tarixi, təbiəti, incəsənəti, Xan qızı Natəvan, eləcə də hana və müxtəlif
xalça naxışları haqqında əlavə məlumat verə bilər. “
Xalça” şeiri oxunur:
– Hansı əşyalar hazırlananda onlara naxış vurulur? (qab, geyim, xalça və s.)
– Şeirdə tərənnüm olunan xalçanı kağız üzərində çəkin.
– Xalçanın naxışları nəyə bənzəyir?
– “Köbə” nədir?
İş dəftərinin 19-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Şagirdlər müzakirələr nəticəsində aşağıdakı nəticəyə gəlirlər: –
Qədim əşyalar tari ximizi və
mədəniyyətimizi özündə əks etdirir. Onları qorumaq mədəniyyətimizi yaşatmaq deməkdir.
Dostları ilə paylaş: