Tədqiqatın aparılması. Müəllim: – Əgər sözün düzgün yazılışını bilmiriksə, nə etməliyik? (Kömək üçün lüğətə müraciət etməliyik.) Müəllim aldığı cavabları genişləndirir:
– Tutaq ki, “təəccüb” sözünü lüğətdə tez tapmaq lazımdır. Tez tapmaq heç də asan deyil. Lüğətdə bütün sözlər əlifba sırası ilə yazılıb. Əlifba sırasını bilən şagird, əlbəttə ki, lazım olan sözü tez tapa bilər. Müəllim sinfə şagirdlərin soyadlarını əlifba sırası ilə yazmağı tapşırır. Problem yarandı:
iki şagirdin soyadı eyni hərflə başlanır: Məmmədov və Mürsəlova. Bununla bağlı şagirdlərin
fikirləri dinlənilir. Sonda müəllim fikirləri ümumiləşdirir və ya problemin həlli yolunu özü izah
edir – sözlərdə daxili əlifba anlayışını izah edir.
Müəllim: – Kitabxanada kitabxanaçılar lazım olan kitabı çox tez tapıb oxucuya verir. Sizcə, onlar buna necə nail olurlar? Siz indi kitabxanaçı rolunu oynayacaqsınız. Kitabları əlifba sırası ilə qoymalısınız. Stollarınızın üstündə yazıçı və şairlərin soyadları yazılmış kartoçkaları düzgün ardıcıllıqla yerləşdirin: N.Gəncəvi, A.Şaiq, H.Ziya, Ə.Babayeva, Z.Xəlil.