Dərslikdən mətnin birinci hissəsi oxunur. 1-ci tapşırıq: “Elə bil Koroğlunun özüdür” cümləsi
1-ci, “Sanki Rəşid Behbudovdur” cümləsi 2-ci, “Ancaq mən ondan razıyam” cümləsi isə 3-cü
boşluğa uyğun gəlir.
Tapşırıq 3. Mətnin I hissəsinə başlıq verilir. “Yolda söhbət” (yaxud “Analar oğulları
haqqında”).
Həmin
hissəyə plan tutulur:
1. Bulaqdan qayıdan analar
2. Birinci ana oğlu haqqında
3. İkinci ana oğlu haqqında
4. Sakitcə dayanan ana
Suallar:
– Nə üçün birinci ana öz oğlunu Koroğlu ilə müqayisə edir? Koroğlu kim olub?
– Bəs ikinci ana nə üçün öz oğlunu Rəşid Behbudovla müqayisə edir? Rəşid Behbudov
kim olub?
Müəllimin nəzərinə: Şagirdlər bu sualları cavablandırmaqda çətinlik çəkərlərsə, onların nəzərinə
aşağıdakı məlumatları çatdırmaq olar.
Koroğlu Azərbaycan xalqının ən sevimli dastan qəhrəmanlarından biridir. Koroğlu
adı xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyi simvoluna çevrilib. Ata-analar bu
gün də övladlarına Koroğlu adı verir və bununla sanki onların gələcəkdə vətənini, elini
sevən, torpağı uğrunda mərdliklə savaşan igid bir oğul olacağına inamlarını bildirirlər.
Koroğlu mahnılarda, qoşmalarda, bayatılarda ən çox səslənən addır.
Azərbaycanın məşhur müğənnilərindən biri də Rəşid Behbudovdur. Səməd
Vurğunun "Azərbaycan" şeirini Rəşid Behbudov öz əfsanəvi səsi ilə bütün dünyaya
çatdırdı. Rəşid Behbudov bütün konsertlərini "Azərbaycan" mahnısı ilə başlayırdı.
Onun mahnıları planetin müxtəlif guşələrində səslənmişdir. R.Behbudov doğma
diyarımızın bütün gözəlliyini, onun insanlarının mehribanlığını, səmimiliyini, qayğı -
keşliyini öz ecazkar səsi ilə tərənnüm etmişdir.
Mətnin 1-ci hissəsi oxunduqdan sonra müəllim deyir: –
Mətnə çəkilmiş illüstrasiyaya əsasən
hadisələrin davamını təxmin edin.
Şagirdlərin versiyaları dinlənildikdən sonra mətnin 2-ci hissəsi oxunur. Şagirdlərin
versiyaları ilə müqayisə olunur.
Suallar: – Ağsaqqalın cavabını necə izah edərdiniz? (tapşırıq 6)
– Ağsaqqalın sözlərinə münasibətinizi bildirin.
– Ağırlıqqaldıran və oxuyan oğullar haqqında nə deyə bilərsiniz?
– Anaları onları tərifləməkdə nə dərəcədə haqlı idilər?
– Anaya kömək edən oğul haqqında nə deyə bilərsiniz?
– Mətnin ideyasından çıxış edərək 1-ci hissənin sonuncu cümləsinə hansı fikri
artıra bilərsiniz?
Tapşırıq 3
Dostları ilə paylaş: