Danışma. “Koma” oyunu.
Komanın sakini anadır. Şagirdlərdən (qızlardan) biri bu rolu oynayır. Digər şagirdlər
ananın övladları rolunu oynayırlar, növbə ilə komaya yaxınlaşır
və koma sahibi ilə
aşağıdakı dialoqu keçirirlər:
– Tıq-tıq, ana, mən gəlmişəm. Məni içəri buraxarsan?
– Sən kimsən?
– Mən sənin ilk övladınam.
– Əgər desən ki, sən mənə indiyədək hansı qayğını göstərmisən, onda buraxaram.
– Mən səni xəstə olanda həkimə aparıram.
Ana birinci övladını komaya buraxır.
İkinci övladı qapını döyür, eyni dialoq yenə də təkrarlanır.
Bu övlad da anaya
göstərdiyi qayğını deməlidir.
2-ci tapşırıq yerinə yetirilir:
ağsaqqal – qoca, ahıl; güclü – qüvvətli; qaça-qaça – yüyü -
rərək; mahnı – nəğmə; sakitcə – səssiz-səmirsiz.
5-ci tapşırıq yerinə yetirilir. Üçüncü qadının oğlunun xarakterinə uyğun olan sözlər seçilir:
qayğıkeş, zəhmətkeş. Bu sözlərin əlamət bildirdiyi müəyyən olunur.
Müəllim mətndən götürülmüş iki ifadənin mənasını soruşur:
Hansı doğrudur?
duruş gətirmək
A) dözə bilmək, müqavimət göstərmək (doğru)
B) ayaq üstə dayanmaq (yanlış)
sözünü kəsmək
A) yüksək səslə danışmaq (yanlış)
B) danışmağa imkan verməmək (doğru)
Şagirdlər bu ifadələri cümlə içərisində işlədirlər.
İş dəftərinin 39-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Mətnin 2-ci hissəsinin birinci abzasını dəftərə köçürün.
Dostları ilə paylaş: