Dərs 26. KİTAB (4 saat)
Motivasiya.
“Anlayışın çıxarılması” üsulu tətbiq edilir.
Lövhədə rəngli kartoçka asılır. Kartoçkanın arxasında kitab şəkli çəkilib. Müəllim “giz lə -
dilmiş anlayış”a (kitaba) aid 2 və ya 3 yönəldici söz və ya cümlə (anlayışların xüsusiyyətlərini)
yazır. Məsələn:
–
Bilik verir.
–
Çantanızda var.
.
–
Vərəqləri var.
“Kitab” sözü deyilənədək müəllim xüsusiyyətlərin sayını artıra bilər. Axtarılan söz tapıldıq -
dan sonra kartoçkanın şəkil olan üzü çevrilir. Şagirdlər kitabla bağlı
digər xüsusiyyətlər də
söyləyirlər.
Müəllim: –
“Dərsliklərdən başqa daha hansı kitablarınız var?” – su alını verməklə şa gird -
ləri müzakirəyə dəvət edir.
Tədqiqat sualı:
– “Kitablar sizə nə verir?”
Tədqiqatın aparılması.
Dərslikdən “Kitab” şeiri oxunur.
Şeirin məzmununa uyğun gələn əsas fikir müəyyənləşidirilir: “Kitablar insan ömrünə nur
çiləyir”. Bundan sonra müəllim aşağıdakı atalar sözünü səsləndirir: “
Yerin nuru günəşdir,
insanın nuru elm” (yaxud: “
Elm ağlın çırağıdır”). Bu atalar sözünün
şeirdəki əsas fikirlə
əlaqəsi ətrafında müzakirə aparılır.
Şeirdən aşağıdakı sözlər seçilir və yazı taxtasına yazılır:
aləm, güldürər, ağladar, danışır,
dünya, deyir.
–
Bu sözlər içərisindən yaxınmənalı və əksmənalı hərəkət bildirən, yaxınmənalı ad
bildirən sözləri seçin:
yaxınmənalı hərəkət bildirən sözlər –
danışır, deyir;
əksmənalı hərəkət bildirən sözlər –
güldürər, ağladar;
yaxınmənalı ad bildirən sözlər –
aləm, dünya.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1.
Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Öyrəndiyi, araşdırdığı məlumatları nəql edir.
Qazandığı bilikləri əvvəl bildikləri ilə müqa -
yisə edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə
uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmununa uyğun gələn fikri ifadə
edərək mətni şüurlu oxuduğunu nümayiş et-
dirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Şeirdəki əsas fikrə
münasibətini bildirərək
sualları cavablandırır.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“G” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
İlk oxuduğu kitab haqqında düşündükləri
əsasında kicikhəcmli inşa yazır.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Şeirin qısa məz mununu yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirir.
ЫЫЫ бюлмя
80
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
Tapşırıq 1. Müəllim tapşırığın icrasına keçməzdən əvvəl aşağıdakı məlumatı verir:
“Kitabların məzmunu müxtəlifdir. Elə kitablar var ki, onları asudə vaxtda oxuyuruq. Bunlar
hekayələr, nağıllar, lətifələr və s. ola bilər. Belə kitabları oxuyanda həyəcanlanır, kədərlənir,
gülürük. Bunları birlikdə bədii əsərlər adlandırırıq”.
–
Hansı əsərləri oxuyanda gülürsünüz? (Şagirdlər Molla Nəsrəddinin lətifələrini xatırlaya
bilərlər.)
Müəllim: –
Hər şeydən xəbər verən kitablar hansılardır? (Elə kitablar var ki,
istənilən
məlumatı əldə etmək üçün onlara müraciət edirik. Bunları elmi kitablar, sorğu ədəbiyyatı
adlandırırıq. Məsələn, “Uşaq ensiklopediyası” bu məqsədə xidmət edir.)
–
Ömür yoluna nur çiləyən kitablar hansılardır? (Dərsliklər və digər dərs vəsaitləri ömür
yoluna nur çiləyir.)
Qruplarla iş. Hər qrupa aşağıdakı tapşırıqlar üzrə təqdimat hazırlayıb müzakirə etmək
tapşırılır. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. “Riyaziyyat” dərsliyini şeirin I bəndi ilə uyğunlaşdırın.
II qrup. “Həyat bilgisi” dərsliyini şeirin II bəndi ilə uyğunlaşdırın.
III qrup. “Azərbaycan dili” dərsliyini şeirin III bəndi ilə uyğunlaşdırın.
IV qrup. “İnformatika” dərsliyini şeirin hansı bəndinə uyğunlaşdıra bilərsiniz? Seçiminizi
izah edin.
Dostları ilə paylaş: