Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. “Oxuduğunuz hansı əsərlər sizə doğru yol göstərib?” – sualı ilə şagirdlər müzakirəyə
qoşulurlar. (Müzakirənin sonunda müəllim uşaqlara elə əsərlər (kitablar) siyahısı deyə bilər
ki, həmin əsərlər onlara gələcək həyatlarında doğru yol göstərməyə kömək edə bilər.)
– Bəs bu kitablardan hansı bilikləri, məlumatları öyrənmisiniz? – sualı verilir. Şagirdlər
cavablarını yapışqanlı kağızlara yazmaqla yazı taxtasındakı kitab şəklinin ətrafına
yapışdırırlar. Sonda müəllim və ya şagirdlərdən biri kağızlara yazılanları ucadan oxuyur.
Dərsliyin 58-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır.
Yazı. Şagirdlərə “İlk oxuduğum kitab” adlı esse yazmaq tapşırılır. Müəllim şagirdləri
məlumatlandırır ki, essedə dərsliklərdən əlavə, oxuduqları ilk bədii kitab haqqında təəs sü -
ratlarını yazsınlar. Bundan başqa, aşağıdakı suallar cavablandırılsın:
– Nə üçün ilk olaraq bu kitabı seçdiniz? – Kitabdakı illüstrasiyalar xoşunuza gəldimi? – Bu kitabı oxuduqdan sonra hansı nəticəyə gəldiniz? Nəticə: Kitablar bizə hər şeydən xəbər verir. Bilmədiyimiz sualların cavabını kitabları oxu-
maqla tapa bilərik. Kitablardan müxtəlif elm sahələrinə aid olan bilik və məlumatlar alırıq.