II qrup
Haçadır qulaqlarım,
Nazikdir ayaqlarım.
Qaçanda hoppanaram,
Kələmlə kökdür aram.
III qrup
Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa.
Təqdimatlar zamanı yeni məlumatlar lövhəyə yazılır.
Yazı. Tapmacalardan biri əzbərdən dəftərə yazılır. Əlamət bildirən sözlərin altından xətt
çəkilir.
Müəllim:
– Bəs görəsən, dovşan düşmənlərindən necə qorunur?
Suala
verilən cavablardan sonra iş dəftərinin 76-cı səhifəsindəki “Kələkbaz, yoxsa
qorxaq” mətni oxunur.
Suallar verilir:
– Dovşanın izinə düşmək nə üçün çətin olur?
– Dovşanın başqa hansı xüsusiyyətləri var?
– Sizcə, dovşan kələkbazdır, yoxsa qorxaq?
– Nə üçün dovşanın izinə düşənlər çaşbaş qalır?
Cümlələri tamamlayın:
Dovşan eşitdiyi hər bir səsdən qorxduğu üçün ...
Gəzdiyi yerdə çoxlu qarışıq izlər saldığı üçün ...
İş dəftərinin 76-cı səhifəsindəki tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– Dovşanla bağlı əldə etdiyiniz məlumatlar əsasında məruzə (təqdimat)
hazırlayın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 52. KƏRTƏNKƏLƏ (2 saat)
Motivasiya.
Müəllim uşaqlara suallarla müraciət edir:
– Nələr uçur?
Dostları ilə paylaş: