Ev tapşırığı: – Dərsliyin 118-ci səhifəsindəki 6-cı tapşırığı yerinə yetirin. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 59. ŞƏHİDLƏR XİYABANI (2 saat)
Motivasiya. Müəllim yazı taxtasında “XİYABAN” sözünü yazır. Bu sözün mənasını
soruşur. (Hər iki tərəfində ağac əkilmiş yer, yol və s.)
TALADA (29 söz)
Talada yaraşıqlı ağcaqayın bitmişdi. Onun gözoxşayan budaqları arasında ağacdələn
yuva qurmuşdu. İynəyarpaqlı ağaclarda isə dələlər budaqdan budağa tullanırdı.
Bir gün insanlar ağcaqayını kəsmək istədilər. Meşəbəyi Bayraməli dayı onları qovdu.