Motivasiya. Müəllim: – “Yalan ayaq tutar, amma yeriməz” atalar sözünü necə başa düşürsünüz? Cavablar dinlənilir.
– Heç yalanla rastlaşmısınız? (özünüz, yaxud başqası tərəfindən deyilən) – Həmin yalanın üstü açılıbmı? – Sizcə, nəyə görə insanlar yalan danışmalı olurlar? Dərslikdən mətn oxunur. Əfi ilan və qənim olmaq ifadələrinin mənaları açıqlanır.
Suallar: – “Əlindən qurtarmaq”, “başına yığışmaq”, “bir ağızdan qışqırmaq”, “izi-tozu qal- mamaq”, “canını qurtarmaq” ifadələrini necə başa düşürsünüz? – Mətnin adındakı “yalançı” sözünü hansı sözlə əvəz etmək olar? (lovğa)
Mətnin məzmununa aid plan tutulur:
1. Tülkünün İlanı öldürmək üçün Kirpiyə yalvarmağı 2. Heyvanlar arasında Tülkünün lovğalanmağı 3. Üstü açılan yalan Şagirdlər tərtib etdikləri plana görə nağılı danışırlar.
Suallar: – Keçdiyimiz daha hansı mətndə əsərin qəhrəmanı yalan danışır? (“Yaşıl fincan”)
– “Yalançl Tülkü” və “Yaşıl fincan” mətnləri arasında ümumi və fərqli xüsusiyyətləri aydınlaşdırın. Hər iki mətndə yalanı doğuran səbəbləri izah edin. Bu iki mətnə aid suallar cavablandıqdan sonra belə nəticəyə gəlinir: “Yalanın üstü gec-