Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə245/391
tarix30.12.2021
ölçüsü3,37 Mb.
#22836
1   ...   241   242   243   244   245   246   247   248   ...   391
Müəllim:  – Danışdıqlarım sizdə hansı hisləri oyatdı? Sizdə hansı suallar yarandı?
Şəhidlər Xiyabanı ilə bağlı daha nələri bilmək istərdiniz?
Fikir verilməlidir ki, şagirdlər öz mülahizələrində həm nifrət, həm də qürur hissini vur ğu -
lasınlar, suallar verməklə onlar üçün qaranlıq qalmış məqamları araşdırsınlar.
Aşağıdakı suallar səsləndirilə bilər:
– Şəhidlər harada dəfn olunmuşlar?
– Onların məzarları önündə yanan məşəl nəyə  işarədir?        
– 20 Yanvar gecəsi Bakıda hansı dəhşətlər törədildi?
– Şəhidlər nə uğrunda canlarından keçdilər?
Qruplarla iş. Dərslikdən şeirin hər bəndi bir qrupa verilir. Şagirdlər həmin bəndi düzgün,
intonasiya ilə oxuyur, məzmununu nəsrə çevirib danışırlar. 
Bir qrup digərinə suallar verməklə şeirin məzmununu necə başa düşdüyünü nümayiş etdirir.
Suallar:
– “Sinə gərmək”, “and yeri” ifadələrini necə başa düşürsünüz? 
– “Gül-çiçək yağışına qərq olubdur” ifadəsini necə başa düşürsünüz?
– Nə üçün Şəhidlər xiyabanı Məmməd Əmin amalı, Əhməd Cavad şeiri adlanır? (Çünki
burada uyuyanlar Məmməd Əminin arzuladığı müstəqillik uğrunda, müstəqil dövlətimizin
himninin sözlərini yazan Əhməd Cavadın şeirində yazılanları həyata keçirmək uğrunda
canlarından keçdilər.)
– Şəhidlər xiyabanı nə üçün əbədi and yeri adlanır?
– Şair nə üçün məzarları doğma, yaxın adlandırır?
– Şəhidlər xiyabanını şair  nə üçün “alın yazımdır mənim” adlandırır?
– Şəhidlər necə anılır? Nə üçün onların məzarı önünə qərənfillər düzülür?
Tapşırıq 2. Bu  tapşırıqla bağlı müəllim öz əlavələrini edir, şagirdlərə yeni məlumat əldə
etməyi tapşırır.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
137
Çap üçün deyil


Məmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olmuşdur. 
O, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azər baycan milli
istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi
XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. 
Məmməd Əmin Rəsulzadə Türkiyədə vəfat etmiş və orada dəfn olunmuşdur. O, son
nəfəsində üç dəfə “Azərbaycan” deyərək gözlərini əbədi yummuşdur. Bu da onun
Azərbaycana, vətənə nə qədər bağlı bir insan olduğunun bariz nümu nəsidir.
Əhməd Cavad 1892-ci ildə Şəmkirin Seyfəli kəndində anadan olmuşdur. O, müəllim və
görkəmli şairidir. Onun bir çox şeirləri vardır. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt
görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz
qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Əhməd Cavad Azərbaycan Dövlət
Himninin sözlərinin müəllifidir.
Yazı. 20 Yanvarda və ya bu tarixə yaxın günlərin birində Şəhidlər xiyabanına ziyarət təşkil
olunur. Şagirdlər öz təəs sürat larını “Şəhidlər unudulmur” başlıqlı inşa yazmaqla təqdim
edirlər. Müəllim inşa üçün aşağıdakı planı təqdim edə bilər: 
– Şəhidlərin xatirəsini necə yad edirik?
– Nə üçün onların ruhu qarşısında and içirik?
– Şəhidlərin adını uca tutmaq üçün nə edəcəyəm?
Nəticə: Xalqımızın igid övladları 1990-cı il yanvarın 20-də Azərbaycanın toxunulmazlığı
uğrunda canlarından keçdilər. Buna görə də onları şəhid adlandırırıq. Vətənimizin azadlığı,
müstəqilliyi, bütövlüyü uğrunda şəhid olanların xatirəsi heç zaman unudulmayacaq. Həmişə
xalqımızın yaddaşında yaşayacaq.

Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   391




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin