Dərs 60. ZARAFAT (6 saat)
Motivasiya.
Müəllim bir hadisə danışır:
“Tənəffüs zamanı İlqar Cəmilin qələmini gizlədir.
Dərs başlayanda Cəmil qələmini tapmayıb həyəcanlanır. İlqar isə özündən razı halda
gülümsəyir. Müəllim Cəmilə acıqlananda İlqar qələmi qaytarıb deyir:
– Mən zarafat edirdim”.
Köməkçi sual: – Sizcə, bu zarafat xoşa gələrmi?
Fərziyyələr dinlənilir.
Tədqiqat sualı:
– Zarafat necə olmalıdır?
Dostları ilə paylaş: