ŞƏHİDLƏRİN RUHUNA ƏBƏDİ XATİRƏ Bakının Dağüstü parkında möhtəşəm bir yerdə əbədi məşəl yanır. Bu məşəl canını Vətən yolunda qurban verərək Şəhidlər xiyabanında uyuyan şəhid qəhrəmanlarımızın ruhuna əbədi xatirədir. 1990-cı ilin 20 yanvar gecəsi Azərbaycanın paytaxtı Bakı şəhəri dəhşətli anlar yaşadı. Evlər gülləbaran edilir, küçələr dağıdılırdı. Şirin yuxuda olan məsum kör pələri atəş səsləri diksindirirdi. Həmin gecə Bakı küçələrində xalqımızın neçə-neçə qəhrəman oğul və qızı şəhid oldu. Xalqımız matəmə büründü. İnsanlar şəhid lərin tabutlarını çiyinlərinə alaraq Dağüstü parka doğru axışdılar. Onların dəfn olun duğu yer Şəhidlər xiyabanı adlandı. Şəhidlər Vətənimizin müstəqilliyi uğrunda canlarından keçdilər. Onların xati rəsi heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Hər il yanvarın 20-də Vətənimizin qeyrətli oğul və qızlarının uyuduğu Şəhidlər xiyabanı qərənfil yağışına qərq olur. Bu yer bizim and yerimizdir. Xalqı mız heç vaxt vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaqdır.