1-ci MƏTN. FİL VƏ QARIŞQA Motivasiya. Müəllim: – Göydə uçan təyyarə böyük görünür, yoxsa yaxından gördüyünüz təyyarə? Səbəbini açıqlayın. Tədqiqat sualı: – Nə zaman eyni cisimlər müxtəlif ölçüdə görünür? Tədqiqatın aparılması. Mətn (dərslik, səh. 146) oxu nur, təhlil edilir. Qruplarla iş. Şa -
gird lər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. Göydəki ay böyükdür, yoxsa yaşadığın bina? II qrup. Yarpağın uçması ilə quşun uçması arasında nə fərq var? III qrup. Doğrudanmı, qarışqa yerə enənə qədər fil böyümüşdü? IV qrup. Qarışqa göydən baxanda nəyə görə fil ona balaca görünürdü? Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Nəticə: Eyni cisimlər yaxından böyük, uzaqdan kiçik görünür.
Tətbiqetmə. Şagirdlərə iki şəkil çəkmək tapşırılır: 1) qayıqda üzən uşaqlar, 2) çimərlikdə
əylənən uşaqlar və uzaqda üzən qayıq. Şəkillərdə uşaq və qayıq təsvirlərinin ölçü nisbəti
müqayisə olunur.
Dil qaydaları. “Fil və qarışqa” mətnində neçə cümlə olduğu araşdırılır. Dərsliyin 146-cı
səhifəsindəki 4-5-ci tapşırıqlar yerinə yetirilir. Cümlələri yazarkən birinci sözün böyük hərflə
yazılmasına diqqət yetirilir.