Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə296/391
tarix30.12.2021
ölçüsü3,37 Mb.
#22836
1   ...   292   293   294   295   296   297   298   299   ...   391
Yazı. İfadə mətni:
2-ci MƏTN. QARIŞQALAR NİYƏ AZMIR
Motivasiya. 
Yazı taxtasında sxem çəkilir.  
YANĞINSÖNDÜRƏN QARIŞQALAR  (75 söz)
Alimlər qarışqalar üzərində maraqlı təcrübə apardılar. Onlar qarışqa yuvasına
yanan şam atdılar. Bu zaman bütün qarışqalar şamın ətrafına yığışıb odun üstünə
tüpürdülər. Bir neçə qarışqa odda yansa da, onlar odu söndürə bildilər. Yanğınla
mübarizə təxminən bir dəqiqə çəkdi. 
Bir neçə həftədən sonra təcrübə təkrar edildi. Bu dəfə qarışqalar daha ehtiyatlı
və çevik tərpənib alovu qırx beş saniyəyə söndürdülər. İkinci təcrübə zamanı bir
qarışqa da məhv olmadı. Bu o deməkdir ki, qarışqalar əvvəlki təcrübədən nəticə
çıxardılar.
güclü
?
bəzən qanadlı
da olur
şirin sevən
zəhmətkeş
çox kiçik
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
167
Çap üçün deyil


Şagirdlərə suallar verilir:
– Sxemin mərkəzindəki xanada hansı həşəratın adı yazılmalıdır?
– Qarışqaların daha hansı xüsusiyyətləri var?
Mətn oxunub təhlil olunur. 
Dərslikdən 6-cı tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Tapşırıq. Verilmiş sözlərin aid olduğu məna qruplarını müəyyən et.
Qarışqa, kəpənək, arı – 
Şir, canavar, ayı – 
İnək, keçi, at – 
Müəllim: – Qarışqanı səciyyələndirən əsas əlamətlər hansılardır? (balaca olması, zəh -
mətkeşliyi) 
Zəhmətə aid atalar sözləri verilir:
Yaz günündə tərləməyən qış günündə titrəyər.
Yayda işləyən, qışda dişləyər.
Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.
Dinləmə mətni
Masanın üstündə içi bal dolu banka vardı. Qarışqalar şirəyə daraşmışdı. Ev
yiyəsi qarışqaları qovdu. Sonra bankanın ağzını kəndirlə bağlayıb tavandan asdı.
Özü də bir aylıq səfərə getdi.
Bir qarışqa bankanın içində qalmışdı. Yeyib doyandan sonra bankadan
çıxmaq istədi, kəndirin düyünləndiyi yerdən kiçicik bir deşik tapıb birtəhər
içəridən çıxdı. Kəndirlə tavana qalxdı. Oradan divarla enib qarışqalara xəbər
apardı. Qarışqalar divardan bankaya kimi cığır saldılar. Bal qurtarana qədər
qalxıb-endilər. 
Ev yiyəsi qayıdanda qarışqaların ağlına heyran qaldı, onlara qəzəblənmədi.
Sual: – Oxuduğunuz və dinlədiyiniz mətn əsasında qarışqalar haqqında nə demək olar? 
Şagirdlər öz mülahizələrini yürüdürlər. Ümumi nəticəyə gəlinir ki, qarışqalar öz yollarını
qoxuları ilə tapırlar.

Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   391




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin