Dil qaydaları: 1. Şeirin sonuncu dörd misrası haqqında deyilənlərdən biri yanlışdır:
A) Misraların hər biri cümlədir.
B) Hər misrada hərəkət bildirən söz var.
C) Hər misrada səkkiz heca var.
2. Şeirdən cümlə olan misraları seçib dəftərinizə yazın.
Yazı. Şeirin məzmununu öz sözlərinizlə yazın.
Ev tapşırığı: – “İnsanlar daha hansı həşəratlara “sağ ol” deyirlər?” mövzusunda təqdimat hazırlayın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 80. BAL ARISININ AİLƏSİ (2 saat)
Motivasiya. Şagirdlərə iki şəkil təqdim olunur.
I şəkil: ailə – nənə, baba, ata, ana, bacı, qardaş təsvir olunub.
Suallar: – Şəkildə nə təsvir olunub? Təsvir olunanlar bir yerdə necə adlanır? (Ailə)
– Ailə üzvləri kimdir? – Onların vəzifələri haqqında nə bilirsiniz? II şəkil: arı ailəsi – bir böyük arı və yanında kiçik arılar təsvir olunub.
Suallar: – Bu şəkil haqqında nə deyə bilərsiniz? – Arı ailəsinin üzvləri haqqında nə bilirsiniz? Tədqiqat sualı: – Bal arısının ailəsində də vəzifə bölgüsü varmı?