Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər (“Ziqzaq” üsulu). Şagirdlər kvadrat, dairə, üçbucaq və düzbucaqlı
olmaqla ekspert qruplarına bölünürlər.
I ekspert qrupu (kvadrat qrupu). Ana arı haqqında olan hissə ayrıca vərəqdə yazılı halda qrupa təqdim olunur. Qrup bu hissəni öyrənir. II ekspert qrupu (dairə qrupu). Kəşfiyyatçı arılar haqqında olan hissə qrupa təqdim olu - nur. Qrup bu hissəni öyrənir. III ekspert qrupu (üçbucaq qrupu). İşçi arılar haqqında olan hissə qrupa təqdim olunur. Qrup bu hissəni öyrənir. IV ekspert qrupu (düzbucaqlı qrupu). Keşikçi arılar haqqında olan hissə qrupa təqdim olunur. Qrup bu hissəni öyrənir. Sonra qruplar yeni bir qrupa bölünür. Hər qrup 1, 2, 3, 4 sayır. Bütün 1-lər I qrupda, 2
sayanlar II qrupda, 3 sayanlar III qrupda, 4 sayanlar IV qrupda əyləşirlər.