Motivasiya.
Müəllim şagirdlərə müraciət edir:
– Keçən dərsimizdə arılar haqqında məlumat aldıq. İndi isə gəlin arı ilə kəpənəyin oxşar
və fərqli cəhətlərini əks etdirən diaqram quraq. (Dərslik, səh.151, 1-ci tap.)
– Aşağıdakı tapmacada bu həşəratlardan hansı haqqında danışılır?
Rəngbərəngdir gül kimi,
Qanadı var tül kimi.
Uçur bağda, çəməndə,
Çox yüngüldür tük kimi.
Tədqiqat sualı:
– Kəpənəklər haqqında nə bilirik?
Qeyd. Bu dərs “Bal arısının ailəsi” dərsində verilmiş model əsasında qurulur.
Dostları ilə paylaş: