Yaxşı Pis xeyirxahlıq
xəbislik
əliaçıqlıq
xəsislik
səxavətlilik kobudluq
mehribanlıq
əzazillik
qayğıkeşlik
paxıllıq
Tədqiqat sualı: – Hansı xüsusiyyətlər insanı daha da sevdirir, zənginləşdirir? Dərslikdən mətn oxunur. Şagirdlərə suallar verilir:
– Mətndə “odlu araba” deyildikdə nə nəzərdə tutulur? – Günəş nə üçün sevinirdi? – Səncə, günəş nə üçün buluda cavab vermirdi? – Canlıların günəşdən aldıqları pay nəyə lazımdır? (2-ci tapşırıq)
– Bəs buluddan yağış yağmasa, nə baş verə bilər? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. “Nağılı dəyiş” üsulu. I qrup. Təsəvvür edin ki, günəş öz şüalarını səpələyir, onun istisi və işığı azalır. II qrup. Təsəvvür edin ki, günəş öz şüalarını səpələdikcə bulud ona baxıb fəxr edir. III qrup. Təsəvvür edin ki, günəş öz şüalarını yalnız bitkilərə səpələyir, böcəklərə pay düşmür, bulud da yağışını yalnız bitkilərin üstünə tökür. IV qrup. Təsəvvür edin ki, günəş öz şüalarını yalnız böcəklərin üstünə səpələyir, bitkilərə pay düşmür, bulud da yağışını yalnız böcəklərin üstünə tökür.