Şagirdlərə suallar verilir:
– Sxemin mərkəzindəki xanada hansı həşəratın adı yazılmalıdır?
– Qarışqaların daha hansı xüsusiyyətləri var?
Mətn oxunub təhlil olunur.
Dərslikdən 6-cı tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Tapşırıq.
Verilmiş sözlərin aid olduğu məna qruplarını müəyyən et.
Qarışqa, kəpənək, arı –
Şir, canavar, ayı –
İnək, keçi, at –
Müəllim: – Qarışqanı səciyyələndirən əsas əlamətlər hansılardır? (balaca olması, zəh -
mətkeşliyi)
Zəhmətə aid atalar sözləri verilir:
l
Yaz günündə tərləməyən qış günündə titrəyər.
l
Yayda işləyən, qışda dişləyər.
l
Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.
Dinləmə mətni
Masanın üstündə içi bal dolu banka vardı. Qarışqalar şirəyə daraşmışdı. Ev
yiyəsi qarışqaları qovdu. Sonra bankanın ağzını kəndirlə bağlayıb tavandan asdı.
Özü də bir aylıq səfərə getdi.
Bir qarışqa bankanın içində qalmışdı. Yeyib doyandan sonra bankadan
çıxmaq istədi, kəndirin düyünləndiyi yerdən kiçicik bir deşik tapıb birtəhər
içəridən çıxdı. Kəndirlə tavana qalxdı. Oradan divarla enib qarışqalara xəbər
apardı. Qarışqalar divardan bankaya kimi cığır saldılar. Bal qurtarana qədər
qalxıb-endilər.
Ev yiyəsi qayıdanda qarışqaların ağlına heyran qaldı, onlara qəzəblənmədi.
Sual: – Oxuduğunuz və dinlədiyiniz mətn əsasında qarışqalar haqqında nə demək olar?
Şagirdlər öz mülahizələrini yürüdürlər. Ümumi nəticəyə gəlinir ki, qarışqalar öz yollarını
qoxuları ilə tapırlar.
Dostları ilə paylaş: