Sual: – Bəs damla harada idi? Qruplarla iş. Şagirdlər yağışın əhəmiyyəti ilə bağlı öz fikirlərini iş vərəqlərində qeyd
edirlər.
I qrup. Əgər yağış yağmasa, nə baş verəcək? II qrup. İsti yay günü idi. Aysel kiçik vedrə ilə su gətirirdi. O yıxıldı və vedrədəki su yerə dağıldı. Aysel evə getdi. Bir neçə saatdan sonra yenə həyətə düşdü. O, suyu töküldüyü yerdə görmədi. Sual: – Sizcə, nə baş vermişdi? Su yox olurmu? III qrup. Yağışın az, çox az yağdığı, quraqlığın olduğu ili tez-tez yağış yağan illə mü qa - yisə edin. Bu müqayisədə təbiətdə hansı fərqi görürsünüz? IV qrup. Gözəl təbiət mənzərəsi olan şəkil verilir. Hər yan qızılı rəngə boyanıb.
Ağaclarda meyvələr var. Asta-asta yağış yağır. Sual: – Burada hansı fəsil təsvir olunub? Nəticə: Yağış yağmasa, su dövranı pozular. Təbiətdə su daim dövr edir. Ona görə də Yer
üzündə su tükənmir.