Tədqiqatın aparılması. Dərsliklə iş. “Çayın gileyi” mətni (dərslik, səh. 145) oxunur,
təhlil olunur.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Suallar: – Çay nədən gileylənirdi? O, haqlı idimi? (1-ci tapşırıq)
– Sizcə, gölün cavabından sonra çay özü üçün hansı nəticəyə gəldi? – Təbiətdə suyun dövranı nəyə xidmət edir? – Yağışın əhəmiyyəti haqqında nə bilirsiniz? – Azərbaycanda olan hansı çayları və gölləri tanıyırsınız? (Kür, Araz, Tərtərçay, Girdi-
mançay, Göygöl, Maralgöl, Ağ göl və s.) Kür çayı axıb hara tökülür? (Kür çayı Xəzər dənizinə
tökülür.) (2-ci tapşırıq)
Tapşırıq: Verilmiş sözlərin aid olduğu məna qrupunu müəyyən edin: Çay, göl, dəniz – (su hövzələri)
Yağış, qar, dolu – (yağıntı)
Dinləmə. Müəllim suyun dövranını təcrübə ilə də nümayiş etdirə bilər. Kiçik qabdakı su
spirt lampası ilə qızdırılır. Üzərindəki şüşədə damcılar əmələ gəlir və yenidən qaba tökülür.
Şagirdlər gördüklərini izah edirlər.
GÜLLÜ VƏ DAMCI Bir dəfə möhkəm yağış yağırdı. Güllü pəncərənin qabağında durub yağışın yağmasına tamaşa edirdi. Bu vaxt pəncərənin qabağına yağış damcısı düşdü. Damcı Güllünü görüb dedi: – Mən bu qızı tanıyıram. Güllü soruşdu: – Sən məni haradan tanıyırsan? – Bir dəfə anan çaydan məni vedrə ilə doldurub evə gətirdi. Samovara töküb