2. Verilmiş söz birləşmələrini cümlədə işlədin: kitabın üzü, ilin fəsilləri, atamın əlləri, Bakı şəhəri, qoca fəhlə. İş dəftərinin 105-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Mətnin ikinci abzasını dəftərinizə köçürün.
Hüsnxət. “Ö” hərfi. İş dəftəri, səh. 106.
Ev tapşırığı: – Əldə etdiyiniz məlumatlar əsasında qarışqalar haqqında esse yazın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən və
müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
169
Çap üçün deyil
Dərs 78. GÜNƏŞ VƏ BULUD (2 saat)
Motivasiya. Müəllim: – İnsanlara xas olan xüsusiyyətləri sadalayın.