I qrup (kvadrat, dairə, üçbucaq və düzbucaqlı).
II qrup (kvadrat, dairə, üçbucaq və düzbucaqlı).
III qrup (kvadrat, dairə, üçbucaq və düzbucaqlı).
IV qrup (kvadrat, dairə, üçbucaq və düzbucaqlı).
Qrupların hər bir üzvü öyrəndiyi hissəni digərlərinə danışır. Beləliklə, şagirdlər bütün
hissəni öyrənmiş olurlar.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. “Arı” şeiri ilə “Bal arısının ailəsi” mətni məzmun və forma baxımından fərqləndirilir.
Dərsliklə iş. Dərsliyin 150-ci səhifəsindəki 1-2-ci tapşırıqlar, eləcə də iş dəftərinin 104-cü
səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir.
Yazı. Mətndən keşikçi arılar haqqında olan hissəni dəftərinizə köçürün.
Nəticə: İnsan ailələrində olduğu kimi, arı ailəsində də qaydalar və hər bir ailə üzvünün
vəzifəsi var.