Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər (2-ci tapşırıq).
I qrup. Kəpənək necə balalayır? II qrup. Kəpənək necə qidalanır? III qrup. Kəpənək qoxunu nəyin vasitəsilə hiss edir? IV qrup. Nəyə görə gecə kəpənəkləri fədakarlıq rəmzi sayılır? Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və mü za -
ki rə olunur. Dərsliklə iş. Kəpənək və qarışqanın oxşar və fərqli cəhətləri araşdırılır. 3-cü
tapşırıq yerinə yetirilir. Artıq şagirdlər qarışqa, arı, kəpənəklər haqqında bir çox məlumata
malikdirlər. Bu həşəratlarla bağlı “Auksion” oyunu keçirilə bilər:
– Qarışqanın (arının, kəpənəyin) hansı xüsusiyyətləri ilə tanış oldunuz? və s.
Nəticə: Kəpənək də çox gözəl və faydalı həşəratdır. Onları qorumaq lazımdır.