Tədqiqatın aparılması. Kiçik qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikir -
lərini iş vərəqlərində qeyd edirlər.
I qrup. Krossvordu həll edin. (Sözlərin izahı müəllim tərəfindən verilir.) II qrup. Səmədgilin eyvanında qaranquş yuva qurmuşdu. Hamı onlara tamaşa edirdi. Bir gün səhər eyvandan səs eşidildi. Səməd gördü ki, qaranquşun balası yuvadan yerə düşüb, ana qaranquş isə onun ətrafında çırpınır… (Mətni davam etdirin.) III qrup. Qaranquşla bağlı kiçik mətn qurun. Həmin mətndə “zəhmətkeş”, “bala qaran - quşlar”, “ana qaranquşun həyəcanı”, “qara pişik” sözlərindən istifadə edin. Bilirəm
Bilmək istərdim
Öyrəndim