Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Dərsliklə iş. Mətn (dərslik, səh. 152) oxunub təhlil olunur. 1-3-cü tapşırıqlar yerinə yetirilir.
3-cü tapşırıq. Qaranquşun yuva qurması onun zəhmətkeş, qayğıkeş olduğunu göstərir.
Qaranquş köçəri olsa da, yuva qurur ki, nəsil artırsın.
Nəticə: Yazın müjdəçisi olan qaranquş zərərverici həşəratları yeməklə təbiətə xeyir verir.
Tətbiqetmə. Dərsliyin 152-ci səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilir.
4-cü tapşırıq. Ana qaranquş, bala qaranquş, qaranquşun həyəcanı və s.