Dil qaydaları. Yazı. Mətndən tərkibində hərəkət bildirən iki söz olan cümləni tapıb dəftə -
rinizə köçürün. Həmin sözlərin ifadə etdiyi hərəkət hansı zamanda baş verir?
Ev tapşırığı: – Mətndən qaranquşların qidalanması hissəsini dəftərinizə köçürün. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 83. GÜLLƏRDƏN GÖYÇƏK ÇİÇƏK (2 saat)
Motivasiya. Rəngbərəng kəpənək rəsmləri nümayiş olunur.
Köməkçi sual: – Kəpənəklər nəyi xatırladır və sizcə, onlar niyə belə al-əlvan olur? Tədqiqat sualı: – Nəyə görə bəzən canlılar yaşadıqları mühitə, ətrafa uyğun rənglərdə olurlar?