Yazı. “Güllü-çiçəkli bahar” mövzusunda inşa yazın.
Nəticə: Çox zaman düşməndən qorunmaq üçün canlılar mühitə uyğun rəngdə olurlar.
Ev tapşırığı: – Mətnin ikinci abzasını dəftərinizə köçürün. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 84. CIRCIRAMA (2 saat)
Motivasiya. Şagirdlərə tapmaca verilir:
Çəmənlikdə yay-bahar Nəğmə oxub cırıldar. Çoxlu cücülər udar, Qarınqulu adlanar. Tədqiqat sualı: – Cırcıramanın hansı xüsusiyyətləri var? Tədqiqatın aparılması. Dərsliklə iş. Mətn “Ziqzaq” üsulu ilə oxudulur.
Mətndə 5 abzas var və hər abzasda cırcıramanın bir xüsusiyyətindən danışılır. Hər
ekspert qrupu müvafiq abzası oxuyur və müzakirə edir. Mətn oxunduqdan sonra ekspertlər
“doğma” qruplarda öz yerlərini tuturlar və beləliklə, hər qrupda ayrı-ayrı hissələri oxuyan
şagirdlər olur. Nəticədə qrupun tərkibindəki uşaqların bütöv mətn haqqında təsəvvürləri
yaranır.
Hissələr təhlil olunur. “Klaster” üsulu ilə nəticələr açıqlanır.