Tətbiqetmə. İş dəftərinin 111-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. Mətndə işlənən əlamət bildirən sözlər seçilir (isti, möhkəm, qarınqulu,
ziyanverici, maraqlı, balaca, yeni). Bu sözlər cümlə içərisində işlədilməklə dəftərə yazılır, aid
olduğu sözlə birlikdə altından xətt çəkilir; məsələn: “İsti yay günlərindən biri idi”.
Yazı. Hüsnxət. “R” hərfi. İş dəftəri, səh. 112.
Ev tapşırığı: – Dərsliyin 154-cü səhifəsindəki 2-ci tapşırıq əsasında təqdimat hazırlayın.
Qiymətləndirmə. Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Cırcırama yay, bahar, Cırıldadı biqərar. Hər çiçəyin yarpağı Olmuş idi oylağı. Tutdu xəbər bir zaman, Qış yetişib, ay aman! Yayı keçirmiş hədər, Yox daha güldən əsər. Qaldı о biçarə ac, Tapmadı başqa əlac. Bilirdi ki, Qarınca Dən yığır yay boyunca. Getdi onun yanına, Dərdini açdı ona: – Qonşucuğaz, yazadək Bəslə məni, ver yemək. Sordu Qarınca: – Sənin Yayda nə idi işin? – Güllər arasında mən Eyləmiş idim vətən. – Belə idin yayda sən? – Nəğmə oxurdum da mən. – Yayda oxurdun, demək, İndi get, oyna, görək! İvan Krılov Tərcümə edəni: Abdulla Şaiq Dərslərin planlaşdırılması
VI bölmə
178