Danışma. Sual: – Buna bənzər daha hansı hadisələri eşitmisiniz? (yaxud rastlaşmısınız)
– sualı ətrafında şagirdlər danışır, hadisəyə münasibət bildirir, nəticə çıxarırlar.
Nəticə: Pislik edən həmişə pisliklə qarşılaşar.
Tətbiqetmə. Dərsliyin 155-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir.
2-ci tapşırıq. Arı, ağcaqanad, ilan və s. canlılar da başqalarını sancır.
Ev tapşırığı: – Sanca bilən canlılar haqqında kiçikhəcmli esse yazın. Qiymətləndirmə. Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 86. TORPAĞIN NAĞILI (2 saat)
Motivasiya. Sinfə ağzıbağlı kiçik torbada torpaq gətirilir. Şagirdlər əl vururlar, qoxulayırlar.
Köməkçi sual: – Torbanın içindəki bizim üçün çox müqəddəs varlıqdır. Bu nədir? “Dəyərlərimiz” bölməsindən “Rənglərin anası” hekayəsini xatırlayın.
Tədqiqat sualı: – Torpağın insan həyatında rolu nədən ibarətdir?