Dinləmə AĞACLARIN ŞİKAYƏTİ
Suallar: – Bağçalar-bağlar, budaqlar nə üçün şikayət edir? – Budaqlar uşaqlara nəyi məsləhət (nəsihət) görür? – Dərslikdə oxuduğunuz mətnlə dinlədiyiniz şeir arasında hansı əlaqə var? İş dəftərinin 113-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Təbiətə müdaxilə etmək onun tarazlığını pozmaq deməkdir.
Dil qaydaları. 1. 2-ci tapşırıq yerinə yetirilir. Sonu “k” və ya “q” samiti ilə bitən bəzi sözlərə saitlə başlayan
şəkilçi qoşulduqda həmin hərflərin müvafiq olaraq “y” və ya “ğ” samitinə keçdiyinə diqqət ye-
tirilir.
2. İmla mətni:
Ev tapşırığı: – Evdə böyüklərdən ağac yetişdirməyin qaydalarını öyrənin və təqdimat hazırlayın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 88. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 158
Dərs 89. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 114-115
Şikayət edir Bağçalar-bağlar: “Bizi incidir Dəcəl uşaqlar. Harda gül görsə, Dəcəllər dərir, Yaşıl bağlara Çox zərər verir. Nadinclər gəzir Yaşıl bağları, Qırır, sındırır Göy budaqları”. Göy yarpaq açmış Körpə budaqlar Deyir: “Qırmayın Bizi, uşaqlar! Boy atıb yayda Dirçəlirik biz, Könül oxşayır Yaşıl kölgəmiz. Bağda gəzməyin Bir qaydası var: Ağac qırmasın Gərək uşaqlar. Bu dəcəllikdən Gəlin əl çəkin, Bacardıqca siz Gül-çiçək əkin. Bol ağac əksə Uşaqlar əgər, Bağ kimi olar Hər kənd, hər şəhər”.