II qrup. Dərslik, səh. 162, tapşırıq 2.
III qrup. İş dəftəri, səh. 117, tapşırıq 1.
IV qrup. İş dəftəri, səh. 117, tapşırıq 2.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərslikdən sanama haqqında verilən məlumat oxunur.
Nəticə: Sanamaların məzmununda dərin fikir olmur. Sanama deməkdə əsas məqsəd
oyun zamanı bir nəfəri seçməkdir.
Tətbiqetmə. “Doqquzdaş” oyunu keçirilir. Zər (kub) atan hər dəfə sanama ilə müəyyən
olu nur. Oyun zamanı atılan kubların üst tərəfində qalan hərflərdən müxtəlif sözlər düzəldilir.
Bu sözlər ad, əlamət, hərəkət bildirən sözlər olmaqla qruplaşdırılaraq dəftərə yazılır.
Ev tapşırığı: – Həyətdə oynayanda söylədiyiniz sanamalardan birini dəftərinizə yazın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.