Tədqiqatın aparılması. Qruplarla iş. – Aşağıdakı hallarda hansı etiketlərdən istifadə olunur? Elə bir səhnəcik hazırlayın ki, həmin etiket orada işlənsin. Jest və mimikalardan yerində istifadə etməyi unutmayın. I qrup. Təşəkkür edərkən II qrup. Görüşərkən III qrup. Ayrılarkən IV qrup. Xahiş edərkən Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Nitq etiketi haqqında verilən nəzəri hissə oxunur. Dərslikdə verilən
mətnlər (dərslik, səh. 163) oxunur və səhnələşdirilir.
1-ci tapşırıq. Cavab “C” variantıdır.
2-ci tapşırıq. Gecən xeyrə qalsın, xahiş edirəm, axşamın xeyir ifadələri hər gün işlənən
etiketlərdir.
İş dəftərinin 119-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Arzu və istəyə nail olmaq üçün ətrafdakılarla ünsiyyət qurmağı bacarmaq lazımdır.
Tətbiqetmə. “Kim daha tez” (və ya “Auksion”) oyunu keçirilir. Bu oyunda təkrarlan ma maq
şərti ilə hər uşaq nitq etiketi söyləməlidir. Oyunun sonunda daha tez, daha çox nitq etiketi
səsləndirən şagird qalib gəlir.