Ev tapşırığı: – Yaxınlarınızdan milli oyunlarımız haqqında daha geniş məlumat toplayıb təqdimat hazırlayın. Qiymətləndirmə. Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 95. ATALAR SÖZLƏRİ (4 saat)
Motivasiya. Müəllim: – Yəqin, artıq bilirsiniz ki, həyatda hər şey zəhmətlə əldə olunur. İndi mən bu fikri iki cür ifadə edəcəyəm: 1. Yemək istəyən işləməlidir. 2. İşləməyən dişləməz. Köməkçi sual: – Hansı ifadə daha çox xoşunuza gəldi? Nə üçün? Tədqiqat sualı: – Atalar sözünün hansı xüsusiyyətləri var? Atalar sözləri hansı mövzu- larda olur? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Atalar sözündəki sözləri düzgün ardıcıllıqla yazın (müəllim söz sırası pozulmuş atalar sözü verir.) Onun mənasını izah edin. II qrup. “İgid oğul düşmənə əyilməz” atalar sözünü izah edin. III qrup. “Əyri oturaq, düz danışaq” atalar sözünü hansı məqamda işlədirlər?