Tətbiqetmə. İş dəftərinin 122-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllim atalar sözləri ilə bağlı “Auksion” oyunu keçirir. Şagirdlərin bilik səviyyəsindən asılı
olaraq bu oyun müxtəlif istiqamətdə keçirilə bilər:
1. Şagirdlər hər hansı mövzuya aid atalar sözləri deyirlər. (dostluğa, ata-anaya, zəhmətə,
yalana və s. aid)
2. Hər şagird istədiyi atalar sözünü söyləyir. Sonuncu atalar sözünü deyən şagird qalib
hesab edilir.
Hər iki halda “Təkrar atalar sözü söyləmək olmaz” şərti qoyulur. Bu şərt həm də şagirdlərin
diqqətli olmaları, deyilənləri dinləmələri üçün meyardır.
Yazı. 1. Şagirdlərə əzbər bildikləri 3 atalar sözü yazmaq tapşırılır. Yazılan atalar sözünün
hansı mövzuda olduğu araşdırılır.
Dərslərin planlaşdırılması
VII bölmə
192
Çap üçün deyil