DİL QAYDALARI Motivasiya. 6-cı tapşırıq yerinə yetirilir. Cümlələrin sonunda müvafiq olaraq sual, nöqtə
və ya nida işarəsi qoyulur. Dərslikdən nəzəri hissə oxunur. 7-ci tapşırıq yerinə yetirilir.
Cümlənin növləri üzrə qiymətləndirmə Test tapşırıqları: 1. Sual cümləsi hansıdır? A) Artıq hava qaralmışdı B) Ordumuza eşq olsun C) Dünən niyə dərsə gəlməmişdin 2. Nəqli cümlənin sonunda hansı işarə qoyulur? A) nöqtə B) sual C) nida 3. Nida cümləsi hansıdır? A) Ura, bu gün mənim ad günümdür B) Məktəbimizdə görüş keçirilirdi C) Təkrar biliyin anasıdır 4. Nəqli cümlə hansıdır? A) Bu gün hava istidir B) Qardaşın hara gedir C) Necə də gözəl havadır 5. Nəqli cümlə haqqında hansı fikir doğrudur? A) Sual məqsədilə işlədilir. B) Müəyyən bir məlumat bildirir. C) Əmr, xahiş, arzu və s. bildirir. 6. Sual cümləsini seçin: A) Qış ayları hansılardır B) Dərs zamanı diqqətli ol C) İşləməyən dişləməz İş dəftərinin 122-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllimin nəzərinə: Müəllim izah etməlidir ki, dialoqu tamamlamaq üçün şagirdlər boş
sətirlərdən əvvəlki və sonrakı cümlələrə diqqət yetirməlidirlər.