1-ci tapşırıq. 2-ci sütunda laylalar verilib.
2-ci tapşırıq. Cavab “B” variantıdır.
3-cü tapşırıq.
Laylay dedim,
ağlama,
Ürəyimi
dağlama.
Böyü, bir qoç igid ol,
Mənə ümid
bağlama.
4-cü tapşırıq.
Bir
gül əkdim boyunca,
İyləmədim doyunca.
Ömrüm, günüm uzansın
Bu balamın toyunca.
Nəticə:
Laylalar körpəni yatırmaq üçün oxunur. Layla 4 misradan ibarət olur. Laylalarda əsas
fikir 3-cü və 4-cü misralarda əks olunur. Bu şeirlərdə 1-ci, 2-ci, 4-cü misralar qafiyə lənir.
Tətbiqetmə.
Məşhur laylalardan biri belə başlayır: Laylay dedim yatasan,
Qızılgülə batasan...
Bir ana bu laylanı belə tamamladı: Qızılgülün ətrindən
Öz yuxuna qatasan.
Başqa birisi isə belə söylədi: Qızılgülün içində
Şirin yuxu tapasan.
Bəs sən bu laylanı necə bitirərdin?
Dostları ilə paylaş: