Motivasiya. Müəllim: – Oxuduğunuz hansı əsərlərin qəhrəmanları heyvanlardır? – Bu cür əsərlər necə adlanır? – Həmin əsərlərin ideyasını xatırlamağa çalışın (“Ayı və şir”, “Kəpənək və qaranquş”,
“Əqrəb və qurbağa” və s.).
Cavablardan sonra müəllim aşağıdakı tapmacaları söyləyir.
Tapmacaların açmaları (tülkü, dəvə) tapıldıqdan sonra: – Bu heyvanlar dostluq edə bilərmi? Niyə? Dərsliklə iş. Dərsliyin 172-ci səhifəsindəki mətn oxunur, təhlil edilir. 1-2-ci tapşırıqlar ye -
rinə yetirilir.
– Təmsilin sonuncu cümləsini – tülkünün canavara verdiyi cavabı necə başa düşürsünüz? Fikrinizi əsaslandırın. 1-ci tapşırıq. Cavab “B” variantıdır.
Təmsil haqqında yazılan nəzəri hissə oxunub təhlil olunur.
2-ci tapşırıq. 2-ci, 5-ci atalar sözləri təmsilin ideyasına uyğun gəlir.
Müəllim: – Gəlin indiyədək oxuduğunuz təmsilləri yada salaq, onların ideyalarını müəy - yənləşdirək. “Ayı və şir” təmsilinin ideyası müəyyənləşdirilir: “Artıq tamah baş yarar”.
“Şir və siçan” təmsilinin ideyası müəyyənləşdirilir: “Zəiflərin də güclülərə köməyi dəyə
bilər”.
“Kəpənək və qaranquş” təmsilinin ideyası müəyyənləşdirilir: “El gücü, sel gücü”.
“Əqrəb və qurbağa” təmsilinin ideyası müəyyənləşdirilir: “İtlə dost ol, çomağı əlindən
qoyma”.