Dərs 98. MOLLA YOLDA (2 saat)
Motivasiya.
Məntiqi məsələ:
1. Səbətdə 5 alma var. Bu almaları 5 uşaq arasında bərabər elə bölün ki, almanın biri
səbətdə qalsın. (Uşaqlardan birinə alma səbətin içində verilir)
2.
Qatar 8 vaqondan ibarətdir. Arxadan saysan, 4-cü vaqon neçənci olar? (Beşinci)
Dərsliklə iş. Mətn (dərslik, səh. 174) oxunur. 1-ci tapşırığın cavabı araşdırılır.
2-ci tapşırıq. Cavab:
gözdə-qulaqda olmaq – diqqətli olmaq;
ürəyi yerinə gəlmək – sakitləşmək;
cin atına minmək – hirslənmək.
Ev tapşırığı:
– Mətnin məzmununa aid 4 sual tərtib edib dəftərə yazın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 99. YANILTMACLAR (2 saat)
Motivasiya.
Müəllim ağaca sarmaşmış sarmaşıq şəkli nümayiş etdirir və soruşur.
–
Bu nədir? (Sarmaşıq)
–
O nə edib? (Sarmaşıb)
– Tapdığınız sözlər bir-birinə bənzəyirmi? Gəlin onların iştirakı ilə bir cümləni tez-tez təkrar
edək: “Sarı sarmaşıq çəpərə sarmaşır”. Nəyə görə bu cümləni tez-tez deyəndə dilimiz çaşır?
Daha sonra müəllimin ardınca şagirdlər başqa bir yanıltmac səsləndirirlər:
Cücüləri cücələrə
Dostları ilə paylaş: