Məzmun standartları Təlim məqsədləri 2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
izah edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Sözləri yaxınmənalı sözlərlə əvəz edir.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeiri nəsr formasında yazılmış digər əsərlərdən
fərqləndirir və əsas xüsusiyyətini (vəzn, qafiyə)
izah edir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Oxuduğu bayatıda əsas fikri müəyyən edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“U” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Bayatını üzündən köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısında yazılışı və tələffüzü
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, hərəkət bildirən sözləri müəyyənləşdirir.
Tapmaca
Bayatı
Əziziyəm, dost aşı, Dost çörəyi, dost aşı. Düşmənin gülləsindən Yaman olar dost daşı. Mən aşiq, bada qaldı, İşim imdada qaldı. Cəfası mənnən oldu, Səfası yada qaldı. Sular gələr, göl dolar, Şaxta vurar, gül solar. Mərd igidin balası Özü kimi mərd olar. Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
201
Çap üçün deyil
2-ci tapşırıq. Cavab “C” variantıdır.
3-cü tapşırıq. Birinci və ikinci misralardakı “barı” sözü “heç olmasa” mənasında, dördün -
cü misrada isə “hasar” mənasında işlənib.