Dil qaydaları. 4-cütapşırıq. 1-ci və 3-cü boşluğun yerinə nöqtə, 2-ci boşluğun yerinə sual
işarəsi qoyulmalıdır. Durğu işarəsi qoyulan cümlələrin hansı növə aid olduğu müəyyən ləş di rilir.
Yazı. Hüsnxət. “T” hərfi. İş dəftəri, səh. 124.
Ev tapşırığı: – Elə bir rəvayət düşünüb yazın ki, orada göyərçin poçt quşu rolunda olsun. Şagirdlərə əvvəlcədən bildirilir ki, qədimdə göyərçindən məktub göndərmək üçün poçt
quşu kimi də istifadə edirdilər. Ona görə də göyərçin həm də xəbər, məlumat rəmzidir.
Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
VII bölmə
200
Çap üçün deyil
Dərs 101. BAYATILAR (4 saat)
Motivasiya. Müəllim dördmisralı bir tapmaca və bayatı söyləyir.
– Bu şeirlər bir-birindən nə ilə fərqlənir? Venn diaqramı.
Tədqiqat sualı: – Bayatıların hansı xüsusiyyətləri var?