Tədqiqatın aparılması. Lövhəyə 2-3 bayatı yazılır:
Verilmiş bayatılara əsasən bu şeir növünün xüsusiyyətlərini araşdırın.
Kiçik qruplarla iş. Müəyyən mövzuya həsr olunmuş bayatılar paylanır. Lakin 4-cü misra
gizli saxlanır. İlk versiyada 4-cü misra uşaqlar tərəfindən qafiyələnməlidir. Kömək məqsədilə
seçim üçün bir neçə variant zərflərdə təqdim oluna bilər.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən bayatı haqqında verilən məlumat oxunur. 1-3-cü tapşırıqlar
yerinə yetirilir.
1-ci tapşırıq. Yağı – düşmən, barı – hasar, tab gətirmək – dözmək, igid – qəhrəman.